Lukaşenko: “Bayden Putinlə Belarusu müzakirə etmək istəyirsə, qoy Minskə gəlsin” - VİDEO

Hazırda oxunan: Lukaşenko: “Bayden Putinlə Belarusu müzakirə etmək istəyirsə, qoy Minskə gəlsin” - VİDEO

22494

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ və Rusiya liderləri respublikadakı vəziyyəti müzakirə etmək istəsələr, Minskdə görüşə bilərlər. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bunu deputatlar, Konstitusiya Komissiyası üzvləri və hökumət orqanlarının nümayəndələri ilə görüşdə tədbir iştirakçılarının suallarını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putinlə Lukaşenko Soçidə nəyi müzakirə edəcəklər? - İLKİN MƏLUMAT


Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya və ABŞ prezidentlərinin qarşıdakı görüşü indi mediada fəal müzakirə olunur:

“Dövlət başçıları həm də Ukrayna və Belarusu müzakirə etmək istəyirlər”.

"Tamam, Belarus haqqında danışsınlar. Putinlə mən cümə günü Amerikanı müzakirə edəcəyik.

Baydenin Belarus haqqında nə danışacağını bilmirəm. Mən ona görə narahatam ki, ən azından Ağ Evin sahibinə bir kart versinlər və Belarusun harada olduğunu görsün. Axı onlar vəziyyəti tamamilə bilmirlər”. “Belta.by” saytı prezidentin dediklərindən sitat gətirib.

Aleksandr Lukaşenko əminliklə vurğulayıb ki, rusiyalı həmkarı Belarusa gələcək:

"Mən hamını dəvət edirəm: Belarus problemini müzakirə etmək istəsələr, bizə gəlsinlər. Mən hər ikisi ilə layiqli görüşəcəyəm, bütün problemləri müzakirə edəcəyik. Psakinin (Ağ Evin mətbuat katibi Jen Psaki) ona yazdığı cəfəngiyyata qulaq asacağam. Səmimi söhbət olacaq. İsveçrədə oturmaq və Putinə Belarusun problemləri ilə bağlı fikir söyləmək gülüncdür”.

O, əlavə edib ki, Vladimir Putin və Co Bayden telefon danışığı zamanı Belarus məsələsini artıq müzakirə ediblər.

"Bu söhbətdə Putin çox ləyaqətli davranıb. Sonra mənə zəng etdi və Belarusu icazəsiz müzakirə etdiyinə görə üzr istədi. Mən isə ona təşəkkür etdim ki, Baydenin cavabını veribsən.

Qoy Belarus haqda danışsınlar, ancaq harada yerləşdiyini bilsinlər”, deyə Aleksandr Lukaşenko yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin