Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı C.Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.
Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb. Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
							18:46 / 09.12.2024
							
						Ceyhun Bayramovla ATƏT-in yeni təyin olunmuş baş katibi arasında telefon danışığı olub
						
							
								Hazırda oxunan: Ceyhun Bayramovla ATƏT-in yeni təyin olunmuş baş katibi arasında telefon danışığı olub							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ceyhun Bayramovla ATƏT-in yeni təyin olunmuş baş katibi arasında telefon danışığı olub							
						224469
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































