Ərəb Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırdı

Hazırda oxunan: Ərəb Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırdı

224341

Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə və onun xalqına dəstək verməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu haqda təşkilatın baş katibliyinin müvafiq bəyanatında deyilir.

“Ərəb Dövlətləri Liqasının Baş Katibliyi regional və beynəlxalq sabitliyə nail olmaqda maraqlı olan bütün tərəfləri sanksiyaların ləğvi də daxil olmaqla, bu çətin keçid dövründən keçməkdə Suriya xalqını dəstəkləməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Təşkilat qeyd edib ki, bu mərhələdə suriyalılardan tolerantlıq və dialoq anlayışlarına riayət etməyi tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin