“COVID-19 pasportu sadəcə nəzarətçi müəllimlərdən tələb oluna bilər. Bunu nəzərdən keçirə bilərik. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub. İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO
Onun sözlərinə görə, imtahan iştirakçılarının yaşı 18-dən aşağı olduğundan onlara peyvənd vurulması nəzərdə tutulmur: “Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur”.
Bizim.Media