Hakan Fidandan Suriyadakı vəziyyətlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Hakan Fidandan Suriyadakı vəziyyətlə bağlı AÇIQLAMA

224283

Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.

H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.

Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq:

"İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".

H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb:

"Bölgədə sabitsizliyi davam etdirmək lazım deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin