Türkiyəli jurnalist, “CNN Türk” telekanalının müxbiri Fülya Öztürk “YAŞAT” marafonuna dəstəyini ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə o Azərbaycan Televiziyasında efirə gedən fondun xeyriyyə marafonunda deyib.
MÖVZU İLƏ BAĞLI:
“YAŞAT” marafonu sona çatdı - VİDEO
Türkiyəli jurnalist hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib. O, Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı etdiyi vəhşiliklərin, qətliamın şahidi olduğunu bir daha diqqətə çatdırıb:
“Qarabağda qətliama, Ermənistanın etdiyi zülümlərə şahidlik etmiş biri olaraq sizə səslənirəm. Ən önəmlisi Azərbaycan əsgərinin mücadiləsini, böyük Zəfər üçün apardıqları ağır mübarizəni gözlərimlə gördüyüm üçün sizə səslənirəm!
Hər kəsin bu marafona dəstək olsun. Əsgərləri, qaziləri və şəhid ailələrini unutmamalıyıq. YAŞAT marafonuna dəstəyinizi gözləyirəm”,-deyə o qeyd edib.
Qeyd edək ki, F. Öztürk 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.
Bizim.Media