Ermənistan Müdafiə Nazirliyinin əsgər ölümü ilə bağlı yalanı üzə çıxdı

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyinin əsgər ölümü ilə bağlı yalanı üzə çıxdı

22396

Ermənistan ordusunun əsgəri Mher Ovannisyanın intiharı ilə bağlı cinayət işi qaldırılıb.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan və Azərbaycan sərhədində atışma: Erməni əsgər öldü


Komitədən bildirilib ki, hərbi qulluqçu mayın 25-də saat təxminən 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomat silahdan başına atəş açaraq özünü öldürüb.

“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə çatdırılıb və orada onun ölümü qeydə alınıb”, - komitənin xəbərində bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahla ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yayıb. Lakin İstintaq Komitəsi əsgərin intihar etdiyini açıqlayıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin