Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdyi orqan (qurum) təsdiq edilir.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							14:25 / 25.05.2021
							
						Bu qurumlarda çalışanlar xidmət illəri dövlət qulluğu stajına daxil edilir - SİYAHI
						
							
								Hazırda oxunan: Bu qurumlarda çalışanlar xidmət illəri  dövlət qulluğu stajına daxil edilir - SİYAHI							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bu qurumlarda çalışanlar xidmət illəri  dövlət qulluğu stajına daxil edilir - SİYAHI							
						22329
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































