Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır. 
Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində inamlı qələbə qazanıb. 
 
MÖVZU İLƏ BAĞLI:
Məmmədyarov bu gün Rəcəbov və Aronyanla qarşılaşacaq
Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq.
T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq. 
Qeyd edək ki, “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək. 
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. 
Bizim.Media
































































































