ABŞ KİV: “Ukrayna ordusu tükənib, cəbhə xətti dağılmaq üzrədir”

Hazırda oxunan: ABŞ KİV: “Ukrayna ordusu tükənib, cəbhə xətti dağılmaq üzrədir”

222001

“Ukraynada cəbhə xətti dağılmaq üzrədir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müharibənin gedişini təhlil edən ekspertlərin sözlərinə görə, Ukrayna qoşunları təxminən üç il davam edən müharibə nəticəsində tükənib:

“Ukrayna ordusu canlı qüvvə və texnika çatışmazlığından əziyyət çəkir. Rusiya Silahlı Qüvvələri isə bir-birinin ardınca yaşayış məntəqələrini ələ keçirir. Kiyev üçün vəziyyət Kursk vilayətinə hücumdan sonra daha da pisləşdi. İndi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri sərhəd bölgələrində ilişib qalıb, ona görə də cəbhənin daha mühüm hissələrini gücləndirmək iqtidarında deyillər”.

Qeyd edək ki, Ukrayna ordusu avqustun əvvəllərində Rusiyanın Kursk vilayətinə daxil olaraq, bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin