Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.
Bizim.Media xəbər verir ki, beşgünlük iş həftəsi ilə işləyənlər məktəblərdə tədris isə noyabrın 25-də olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:51 / 23.11.2024
Bəzi məktəblərdə tədrisə START VERİLDİ
Hazırda oxunan: Bəzi məktəblərdə tədrisə START VERİLDİ
Hazırda oxunan: Bəzi məktəblərdə tədrisə START VERİLDİ
221984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.