Şəkidə üç nəfər sahibsiz itlərin hücumuna MƏRUZ QALDI

Hazırda oxunan: Şəkidə üç nəfər sahibsiz itlərin hücumuna MƏRUZ QALDI

221973

Ötən gün ərzində Şəkidə üç müxtəlif istiqamətdə insanlar sahibsiz itlərin hücumuna məruz qaldıqları üçün xəstəxanaya müraciət ediblər.                             

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sahibsiz itlərin hücumuna məruz qalanlardan biri şəhər sakini, digərləri isə ucqar kəndlərdə yaşayan azyaşlılardır.

Belə ki, günün birinci yarsında Şəki şəhər sakini, 60 yaşlı Cahangir Salmanov sağ baldırın it dişləməsi xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Günün ikinci yarsında isə rayonun Çayqaraqoyunlu kənd sakini, 3 yaşlı Cəlal Osmanov daha sonra isə Şəki kənd sakini, 7 yaşlı Zəhra Yadigarlı yaxınlarının köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlıların müayinəsi zamanı onların da kənd ərazisində sahibsiz itlərin hücumuna məruz qaldıqları faktı təsdiqlənib. Həkimlər Cəlal Osmanovun sağ budunda, Zəhra Yadigarlının isə sağ baldır nahiyyəsində it dişləməsi diaqnozunu qoyublar.

Xəstəxanada sahibsiz itlərin hücumuna məruz qalan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurulub. Daha sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin