Ter-Petrosyan müharibədəki məğlubiyyətdə günahkar olanların adlarını çəkdi – ŞOK FAKTLAR 

Hazırda oxunan: Ter-Petrosyan müharibədəki məğlubiyyətdə günahkar olanların adlarını çəkdi – ŞOK FAKTLAR 

22178

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağdakı 44 günlük müharibədəki məğlubiyyətin məsuliyyətinin yalnız Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanda olmadığını bildirib. O, Paşinyanın sələflərini bu məğlubiyyətə görə günahlandırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, söhbət bir neçə ay əvvəl Paşinyanı kənarlaşdırmaq məqsədi ilə yaradılan "Vətənin xilası” hərəkatını yaradan qüvvələrdən gedir.

Keçmiş prezidentin İLur.am saytında yayımlanan bəyanatında deyilir ki, Paşinyanın müxalifləri onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını səsləndirirlər: 

“Müxalifət qəbul etmək istəmir ki, Nikol Paşinyan onların yaratdıqları fiqurdur”.

Ter-Petrosyana görə, 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr (İlk prezidentin başçılıq etdiyi Erməni Milli Hərəkatı istisna olmaqla) Qarabağ problemini Ermənistan üçün sərfəli həll etmək üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər:

“Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromis seçimini rədd etmək siyasətini üstün tutublar. Nəticədə ölkəni fəlakətə gətirdilər. Bunda isə yalnız Paşinyan ittiham edirlər”.

O, eyni zamanda səlahiyyətlilərin və siyasi dairələrin haqsız tənqidlərinə baxmayaraq, Ermənistan ordusunun da məğlubiyyətdə günahkar olmadığını düşünür:

“Səlahiyyətli orqanların cinayətkar siyasəti nəticəsində ordu şəxsi heyəti və müasir silahları baxımından dəfələrlə üstün olan düşmənlə döyüşməyə məcbur oldu və  vətən qarşısında vəzifəsini sona qədər yerinə yetirdi”.

Keçmiş prezident hesab edir ki, siyasi düşüncənin inkişaf etmədiyi Ermənistan Azərbaycana deyil, özünə məğlub olub.

O, təəssüf hissi ilə qeyd edir ki, nə Ermənistan, nə də diaspor məğlubiyyətdən heç bir nəticə çıxarmayıb:

“Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan boş, mənasız gözləntiləri, təhdidləri, Türkiyə və Azərbaycana qarşı silahlı ritorikanı ehtiva edir”.

Ter-Petrosyana görə, bu tendensiya seçki kampaniyası dövründə daha da güclənəcək:

“Bu isə o deməkdir ki, yenidən erməni xalqını itkilər və məyusluqlar gözləyir”.

Xatırladaq ki, Ermənistanda parlamentə erkən seçkilərin iyunun 20-də keçirilməsi planlaşdırılır. Seçkidə ilk prezidentin rəhbərlik etdiyi Erməni Milli Konqresi də iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin