Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyir

Hazırda oxunan: Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyir

221759

“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.

Bizim.Media xəbər verir ki, AS nəşrinə danışan hazırda “Eyüpspor”un baş məşqçisi olan 37 yaşlı türkiyəli mütəxəssis gələcəkdə Madrid təmsilçisini çalışdırmaq istədiyini bildirib:

“Atletiko”nun baş məşqçisi olmaq istəyirəm. Özümü bu klubda La Liqa və Çempionlar Liqasına qazanarkən düşünürəm. Amma hələ qət etməli olduğum uzun bir yol var”.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə “Atletiko”da çıxış edib. Türk futbolçu İspaniya təmsilçisinin heyətində keçirdiyi 178 rəsmi matçda 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin