Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, o, Paris Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə qlobal istiləşmə hədəfinin həyata keçirilməsinin kritik əhəmiyyət kəsb etdiyini qeyd edib.
Nazir COP29-un həlledici mərhələyə yaxınlaşdığını, lakin yekun sənədin hələ hazır olmadığını bildirərək, bu sənədin razılaşdırılmasının böyük əhəmiyyət daşıdığını deyibŞ hətta kiçik bir irəliləyişin belə son dərəcə vacib olduğunu qeyd edib.
Berbok həmçinin, iqlim dəyişikliyi məsələsinin yalnız bir ölkənin həll edə biləcəyi bir problem olmadığını bildirərək, beynəlxalq əməkdaşlığın və iqlim maliyyələşdirilməsi ilə bağlı razılaşmaların vacibliyini deyib.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:34 / 21.11.2024
Almaniyanın xarici işlər naziri: COP29 həlledici mərhələyə yaxınlaşıb
Hazırda oxunan: Almaniyanın xarici işlər naziri: COP29 həlledici mərhələyə yaxınlaşıb
Hazırda oxunan: Almaniyanın xarici işlər naziri: COP29 həlledici mərhələyə yaxınlaşıb
221758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.