Dünya xalqlarının ən qeyri-adi SALAMLAŞMA FORMALARI – ARAŞDIRMA

Hazırda oxunan: Dünya xalqlarının ən qeyri-adi SALAMLAŞMA FORMALARI – ARAŞDIRMA

221746

Hər il 21 noyabr Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu maraqlı gün, 1973-cü ildə Maykl və Brayn Makkomak qardaşlarının təşəbbüsü ilə yaranıb.

Onlar həmin dövrdə müharibələrin və beynəlxalq gərginliyin artmasına etiraz əlaməti olaraq, sadə, lakin səmimi bir ideya irəli sürdülər: insanlara sülh mesajları çatdırmaq üçün məktublar göndərmək. Məktubların məzmunu bir-birinə xoş sözlər və səmimi salamlardan ibarət idi.

Həmçinin, məktubu alanlardan bunu daha on nəfərə göndərmələri xahiş olunurdu. Bu sadə ideya geniş dəstək qazandı və o vaxtdan bəri hər il 21 noyabr sülh, dostluq və xoş niyyətlərlə dolu gün kimi qeyd edilir.

Salamlaşma formaları hər bir xalqın mədəniyyəti və tarixində xüsusi yer tutur.

Bizim.Media bununla bağlı araşdırmasını təqdim edirik:

Çingiz xanın döyüşçüləri

Orta əsrlərdə Çingiz xanın ordusunda döyüşçülər bir-biri ilə qarşılaşdıqda, əlini çiyin səviyyəsindən başına apararaq özlərini tanıdırdılar. Eyni hərəkəti qarşı tərəf də edirdisə, bu, onun da döyüşçü olduğunu göstərirdi.

Çin

Çində salamlaşma zamanı əllər bir-birinə yapışdırılaraq sinədən uzaq tutulur və baş əyilir. Bu jest həm birliyi, həm də insanın humanistliyini ifadə edir.

Amerika Birləşmiş Ştatları

ABŞ-da gənclərin salamlaşma zamanı etdiyi “çest” jesti “əlimdə silah yoxdur” anlamını daşıyır. Bu hərəkət, tarixi baxımdan etibarlılıq və dostluq rəmzidir.

Fransa

Fransızlar salamlaşarkən yanaqdan öpür və bəzən havaya bir neçə öpüş göndərirlər.

Laplandiya

Soyuq şimal iqlimində yaşayan laplandiyalılar isə salamlaşarkən burunlarını bir-birinə sürtürlər.

Tibet

Tibetlilər salamlaşarkən papaqlarını çıxarır, sol əllərini qulaqlarının arxasına qoyur və dillərini çıxarırlar.

Zulu tayfası

Afrikada yaşayan Zulu tayfası salamlaşarkən “mən səni görürəm” deyərək qışqırır.

Bəzi Afrika tayfaları

Afrikanın bəzi bölgələrində insanlara hörmət göstərmək üçün onların üzərinə tüpürmək adətdir.

Müsəlman dünyasında salamlaşma

“Salam” ərəb mənşəli bir sözdür və “sülh olsun” anlamını verir. Müsəlman dünyasında salamlaşma ənənələri dərin mənəvi və tarixi köklərə malikdir. Ərəblər arasında qadınlarla əl sıxmaq ümumiyyətlə qadağan edilsə də, kişilərin əl sıxması adi qarşılanır. Məhəmməd peyğəmbərin dövründə bu, insanlar arasında səmimi bir jest hesab edilirdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin