COP29-un 11-ci günündən FOTOREPORTAJ

Hazırda oxunan: COP29-un 11-ci günündən FOTOREPORTAJ

221676

Bakının ev sahibi olduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. COP29 konfransının 11-ci günüdür.

Bizim.Media tədbirin on birinci günündən növbəti fotoreportaj hazırlayıb.

Fotolardan COP29 iştirakçılarının tədbirin təşkilatçılığından razı olduqları görünür. Belə ki, dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan qonaqlar pavilyonları ziyarət edir, əylənirlər.

Dünyanın 190 ölkəsindən gələn iştirakçılar Bakı Olimpiya Stadionuna axın edir. Kimisi ilk gündən bu günə qədər konfransda iştirak edir, kimisi də yeni qatılır.
 

Son günlər olmasına baxmayaraq, insanların konfransa marağı ilk günki qədərdir. Ekoaktivistlər fərqli üsullarla iqlim dəyişikliyinin törətdiyi zərərlərə diqqət çəkməyə çalışırlar, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrin nümayəndələri iclaslarda həll yolları tapmağa çalışır, maliyyə tələbləri günü-gündən artır.


Bundan başqa, konfransa bir çox iş adamları, dövlət rəsmiləri və müxtəlif təşkilatlardan nümayəndələr də qatılır.
























Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin