ŞOK: Qorxmaz Hüseynovun əcəli yaxınlaşdı – “Qara kassa”sı və yaxın adamı həbs olundu - FOTO

Hazırda oxunan: ŞOK: Qorxmaz Hüseynovun əcəli yaxınlaşdı – “Qara kassa”sı və yaxın adamı həbs olundu - FOTO

22153

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxs saxlanılıb.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, Elman Məmmədov 2012-ci ilin sonlarından “Azərsu” ASC nəzdində yaradılan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəhbərliyinə təyinat alıb. Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi olub.

Gələn məlumatlar isə onu deməyə əsas verir ki, Elman Məmmədov ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan olub.

Vəzifədə olduğu 9 il ərzində adı Qorxmaz Hüseynovun yaxın çevrəsinə daxil olan kadr kimi keçib, hətta sədrin şilləvuranı rolunu da uğurla yerinə yetirib. Bu haqda vətəndaş İlqar Əşrəf oğlu Nəsibov mətbuata açıqlamalarında bildirmşdi. Demişdi ki, Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynov onu aldadıb, 35 min manatını alıb və qaytarmayıb. Uzun şikayətlərindən sonra onu Qorxmaz Hüseynovun yaxın adamı Elman Məmmədov qəbul edib. Şikayətçi demişdi ki, Elman Məmmədov əvvəlcə ona müxtəlif vədlər verib. Bir həftə sonra isə açıq şəkildə təhdid edib.

“Şikayətimi geri götürməyəcəyim təqdirdə başıma oyun açacağını bildirdi” – deyə şikayətçi qeyd etmişdi.

Elman Məmmədovun fəaliyyətinin araşdırılması təsadüfi deyil. “Azərsu” ASC-nin son illər ziyanla işlədiyi hər kəsə məlumdur. Hər ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10-20 milyon manat vəsait ayrılır. Amma demək olar ki, bu qurum hər ili zərərlə başa vurur. Prezident İlham Əliyev də 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bunu xüsusilə vurğulamışdı. İlham Əliyevin çıxışından az sonra Qorxmaz Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Elman Məmmədovun istintaqa cəlb edilməsi ASC-də baş verən çox ciddi yeyintilərin izinə düşməyə imkan verəcək. Onu faktiki qurumun “qara kassası” hesab edənlər də var. Məsələn, bildirilir ki, “Azərsu”-nun keçirdiyi böyük və gəlirli tenderlərin əhəmiyyətli hissəsi son illərdə məhz bu şəxsə yaxın şirkətlərə verilib.

“Azpolitika.info”nun bir zamanlar yazdığına görə, dövlətin büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və digər bu kimi şirkətlər məhz Elman Məmmədovun “patronajlığı” və təsiri altında fəaliyyət göstərib.

Sitat: “Eren inşaat” Elman Məmmədovun kirvəsinə, “Voltaj” onun qardaşının kirvəsinə, “Protean Constraction” isə sabiq deputat İqbal Ağazadənin Elman Məmmədova yaxınlığı ilə tanınan qardaşına aiddir. Bildirilir ki, sadaladığımız şirkətlər və bu layihələri “qazanan” digər şirkətlər də bu və ya digər formada Elman Məmmədovun yaxın çevrəsinə aiddirlər. Dövlət satınalmalarına dair portaldakı açıq məlumata görə, təkcə bu ilin yanvarında “Azərsu” “Protean Constraction”la 3 milyon 891 min manatlıq müqavilə bağlayıb. “Azərsu”-nun 19 milyon manata başa gələn Babək prospektində kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması və tikintisi işindən də həm “Eren inşaat”, həm də “Protean Constraction” pay alıblar. Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasıyla bağlı 2 milyon 270 min manatlıq tender də “Eren İnşaat”a qismət olub. Bu siyahını xeyli uzatmaq da olar. Uzatdıqca da milyonlar on milyonlara, on milyonlar yüz milyonlara çevrilir... və nəticədə, “Azərsu” ziyanla işləməyə başlayır, dövlət isə suyun qiymətini ikiqat bahalaşdırmaq məcburiyyətilə üzləşir. Həmin bu Elman Məmmədov müxtəlif ərazilərdə inşa etdirdiyi obyektləri “Azərsu”ya icarəyə verərək, bundan da külli miqdarda qazanc götürməsi ilə tanınır”.

Elman Məmmədovun həbsini Qorxmaz Hüseynov üçün “əcəl zəngi” də hesab edənlər az deyil.

“Qara kassa” statusunda olan Elman Məmmədovun həbsi sabiq sədrə yaxşı heç nə vəd etmir.
Musavat.com -a verilən məlumata görə, Elman Məmmədovdan başqa, saxlanılan daha bir vəzifəli şəxsin adı "Azərsu" ASC-nin kommersiya departamentinin rəisi Xanvər Abbasovdur. O da Qorxmaz Hüseynova yaxın adamlardan biridir. Bu barədə, qısa araşdırmalardan sonra əlavə məlumat yazacağıq.

Ümumilikdə isə "Azersu"nun keçmiş rəhbərliyinin üst -üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var. Həmin iddialarda vurğulanır ki, bir neçə gün öncə Qorxmaz Hüseynova təklif olunub ki, mənimsədiyi vəsaiti dövlətə geri qaytarsın. Əks təqdirdə... 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin