Netanyahu fələstinlilərə səsləndi: Hər girov üçün 5 milyon dollar ödəməyə hazırıq

Hazırda oxunan: Netanyahu fələstinlilərə səsləndi: Hər girov üçün 5 milyon dollar ödəməyə hazırıq

221498

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir”, - deyə Baş nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, İsrail Fələstin anklavında HƏMAS-ın bütün strukturlarını məhv etməkdə qərarlıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin