Putindən dünyanı qorxuya salan ADDIM -Nüvə silahı ilə bağlı yenilənmiş sənədi TƏSDİQLƏDİ

Hazırda oxunan: Putindən dünyanı qorxuya salan ADDIM -Nüvə silahı ilə bağlı yenilənmiş sənədi TƏSDİQLƏDİ

221373

Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiq edib. Müvafiq sənəd rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları əlavə edilsin”, - deyə sərəncamda deyilir.

Fərman imzalandığı gündən, yəni noyabrın 19-dan qüvvəyə minir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın nüvə doktrinasına edilməsi gözlənilən düzəlişlər praktiki olaraq formalaşıb.

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov qeyd edib ki, doktrinanın yenilənməsi Qərblə kəskin böhran şəraitində “nüvə variantı” təmin edəcək.

Rusiya nüvə doktrinasını ona görə yeniləyir ki, onun rəqiblərində Moskvanın öz təhlükəsizliyini bütün mümkün vasitələrlə təmin etməyə hazır olması barədə şübhə olmasın.

Qeyd edək ki, Prezident Vladimir Putinin 2020-ci il sərəncamında qeyd olunan mövcud nüvə doktrinasında deyilir ki, Rusiya dövlətin mövcudluğunu təhdid edən düşmən nüvə və ya ənənəvi hücumu zamanı nüvə silahından istifadə edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin