Koçaryandan XƏBƏRDARLIQ: "Mən məğlubiyyət səhifəsini bağlamaq üçün..."

Hazırda oxunan: Koçaryandan XƏBƏRDARLIQ: "Mən məğlubiyyət səhifəsini bağlamaq üçün..."

22137

Ermənistanın ikinci prezidenti, "Ermənistan" alyansının rəhbəri Robert Koçaryan hakimiyyət orqanları vasitəsilə tərəfdarlarına qarşı təzyiqlərin olduğunu bildirib.

Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı hüquq-mühafizə orqanlarının onun tərəfdarlarına qarşı təzyiqlər göstərdiyini qeyd edib.

Koçaryan məğlubiyyət səhifəsindən də söz açıb:

"Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma xəbərdarlıq etmək istəyirəm ki, komandamın üzvlərinin təqib olunması məqsədilə heç bir qondarma iş unudulmayacaq və bağışlanmayacaq.

İnandırıram ki, qanunsuzluq edən istənilən vəzifəli şəxs tezliklə qanun qarşısında cavab verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin