“Arsenal” Rafinya üçün 90 milyon TƏKLİF EDİR

Hazırda oxunan: “Arsenal” Rafinya üçün 90 milyon TƏKLİF EDİR

221297

“Arsenal” Rafinyanı İngiltərəyə qaytarmaq istəyir. Londonlular braziliyalı üçün “Barselona”ya 90 milyon avro ödəməyə hazırdır.

Bizim.Media xəbər verir ki, kanonirlər İspaniya nəhəngi ilə təmasa keçib. Lakin hələ rəsmi təklif göndərilməyib.

27 yaşlı oyunçu klub dəyişməyə etiraz etməyəcəyi təqdirdə danışıqlar rəsmən başlayacaq. “Arsenal” yayı gözləmədən, yanvarda bu keçidi tamamlamaq niyyətindədir. Rafinya 2022-ci ildə “Lids”dən 58 milyon avroya transfer edilib. Onun katalonlarla mövcud müqaviləsi 2027-ci ilin iyulunda bitəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin