Nazirlər “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda MÜZAKİRƏ APARACAQ

Hazırda oxunan: Nazirlər “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda MÜZAKİRƏ APARACAQ

221286

Noyabrın 20-də COP29 çərçivəsində keçiriləcək “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarında davamlılığı, rəqəmsallaşmanı təşviq etmək üçün bu istiqamətdə son nailiyyətlər, təşəbbüslər müzakirə olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbir dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirə aparmaq üçün yüksəksəviyyəli platforma rolunu oynayacaq.
 

Dəyirmi masa maraqlı tərəfləri Orta Dəhlizin davamlı, səmərəli və rəqəmsal nəqliyyat marşrutu kimi inkişafı üçün əməkdaşlığa təşviq edəcək. Tədbir iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinə dəstək verəcək.


Dəyirmi masanın nəticələrindən dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizləri ilə bağlı gələcək regional dialoqların formalaşdırılmasında istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin