Manana Çaparidzeyə ağır itki - FOTO

Hazırda oxunan: Manana Çaparidzeyə ağır itki - FOTO

221151

"Əzizim Anam, Allah sənə rəhmət eləsin, ruhun şad olsun, məkanın cənnət olsun".

Bizim.Media xəbər verir ki, bu fikirləri Əməkdar artist Manana Çaparidze İnstagram səhifəsində yazıb.

"Mənim sevimli, əziz, misilsiz Anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə Atam və Qardaşımladır.

Ana, sevginə, qayğına, mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm.
 

Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz Anaya, qoruyucu mələyə görə, Uca Allaha təşəkkür edirəm", deyə o, əlavə edib.


Qeyd edək ki, Manananın anası Maklava xanımın yas mərasimi cümə axşamı Tbilisidə təşkil ediləcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin