Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolu ÇƏKİLƏCƏK?

Hazırda oxunan: Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolu ÇƏKİLƏCƏK?

221119

İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük liman olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.

"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - Cəlali Tehran şəhərində İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşündə bildirib.
 

Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. 


O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin