“Rusiyanın real gücü var, lakin biz bu zirehli qatarı ehtiyatda saxlayırıq. Yumşaq gücümüzün üzərində hələ işləməliyik, lakin potensialımız çox dərindir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Real gücümüz var və bildiyiniz kimi, bu zirehli qatar hələ ki, ehtiyat yolda durur və Allah eləməsin ki, onu oradan çıxaraq", - deyə Peskov Rusiyanın "Bilik" cəmiyyətinin maarifçilik marafonunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Peskov: “Bir sıra paytaxtlar anti-Rusiya psixozundan imtina etməlidir”
Rusiya prezidentinin mətbuat katibi onu da əlavə edib ki, əlbəttə, Rusiya hələ özünü dünyaya tanıtmalıdır.
"Həm də, hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən, rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da", - deyə Peskov bildirib.
Bizim.Media