Xəbər verildiyi kimi ötən gecə tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, fəxri qonaq “Qarabağ” klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edib.
Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 16.11.2024
Fatih Terim belə QARŞILANDI – VİDEO
Hazırda oxunan: Fatih Terim belə QARŞILANDI – VİDEO
Hazırda oxunan: Fatih Terim belə QARŞILANDI – VİDEO
220962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.