Ermənistanda seçkilər ləğv oluna bilər – Siyasi partiyalar ÇAĞIRIŞ EDİR 

Hazırda oxunan: Ermənistanda seçkilər ləğv oluna bilər – Siyasi partiyalar ÇAĞIRIŞ EDİR 

22096

“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bu gün keçirilən qurultaylarında bildirib ki, sərhəddəki problemlərin fonunda Ermənistanda seçki keçirilə bilməz. Bu bir başa prosesə təhdiddir və ancaq hakimiyyətə sərf edir. 

Edmon Marukyan qeyd edib ki, əgər Ermənistanın suveren ərazisində Azərbaycan qoşunları qalmağa davam edəcəksə, parlament seçkilərinin necə keçirilə biləcəyi bəlli deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Sındırılmış, parçalanmış Ermənistanın favoriti KİM OLACAQ?


"Əgər hər gün bizim ərazimizdə düşmən qoşunlarının sayı artarsa, hansı seçkilərdən danışmaq olar? Bu seçkilər nədən ibarət olacaq, nədən danışacağıq?"- deyə, Marukyan qeyd edib.

O, hakimiyyəti də tənqid edərək bildirib ki, Paşinyan rejimi hazırda Azərbaycanın istəklərinə uyğun davranır.

"Seçkilərdə qalib olmaq üçün isə Sünnikin də (Zəngəzurun) bir hissəsini verməyə hazırdır. Nikol öz xalqının arxasından demarkasiya və delimitasiya məsələləri ilə bağlı danışıqlar aparır."

“Mən belə bir şəraitdə seçkilərin keçirilməsini mümkünsüz hesab edirəm”- deyə, Marukyan fikrini çatdırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin