Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Amerika Konqresinin Ukraynaya ayırdığı vəsaitin ümumi məbləği 182 milyard dollardan çox olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişinin hesabatında deyilir.
Sənəddə bildirilir ki, 2022-ci ilin fevralında Ukraynada mügaribə başlayandan bəri Konqres Kiyevə ən azı 182,99 milyard dollar ayırıb və ya Kiyevin maliyyə vəsaiti ilə təmin olunmasına başqa yolla icazə verib.
Qeyd olunur ki, ABŞ-ın ümumilikdə 14 federal departamentinə Ukrayna üçün əlavə ayırmalar haqqında qanunlara uyğun olaraq Kiyevi təmin etmək üçün vəsait almaq səlahiyyəti verilib. Bu sırada Müdafiə Nazirliyi, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:17 / 16.11.2024
Son 3 ildə Kiyev ABŞ-dan 183 milyard dollara yaxın vəsait alıb
Hazırda oxunan: Son 3 ildə Kiyev ABŞ-dan 183 milyard dollara yaxın vəsait alıb
Hazırda oxunan: Son 3 ildə Kiyev ABŞ-dan 183 milyard dollara yaxın vəsait alıb
220942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.