İranın İsfahan şəhərində kimyəvi maddələr və fişəng istehsal edilən zavodda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, partlayiş yaxınlıqdakı evlərə də ziyan vurub.
MÖVZU İLƏ BAĞLI:
İranda terror aktı - Ölən və xəsarət alanlar var
İranın "Mehr" agentliyinin yaydığı xəbərdə bildirilir ki, hadisə baş verən zaman zavodda bütün heyət iş başında olub. Ona görə də xəsarət alanlar daha çoxdur.
"Kimyəvi zavodda baş verən partlayışın səbəbi araşdırılır, yaralılardan 9-u xəstəxanaya yerləşdirilib", - deyə agentlik təcili tibbi yardım mərkəzinin sözçüsü Abbas Abedinə istinadla xəbər verib.
Bizim.Media