Gürcüstan prezidenti abxaz müxalifətini DƏSTƏKLƏDİ

Hazırda oxunan: Gürcüstan prezidenti abxaz müxalifətini DƏSTƏKLƏDİ

220888

Gürcüstan prezidenti Salome Zurabişvili abxaz müxalifətini dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o “Rustavi 2” telekanalına müsahibəsində danışıb.

“İşğal olunmuş Abxaziyada isə Rusiya qanunlarının icrasına cəhd edilir və orada vətəndaş cəmiyyəti buna qarşı çıxır. Mən onlarla həmrəy olduğumu bildirmək istəyirəm”, - Zurabişvili bildirib.

Qeyd edək ki, Abxaziyada bir qrup etirazçı parlament binasını ələ keçiriblər. Müxalifət Abxaziyanın “prezidentinə” istefa tələbini çatdırmış və o, bu barədə düşünməyə vaxt istəmişdi. Abxaz llideri bu tələblə razılaşdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin