Putin: “Ukrayna ilə hazırkı böhran NATO-nun təcavüzkar siyasətinin birbaşa nəticəsidir”

Hazırda oxunan: Putin: “Ukrayna ilə hazırkı böhran NATO-nun təcavüzkar siyasətinin birbaşa nəticəsidir”

220858

Rusiya Prezidenti Vladimir Putinin Almaniya tərəfinin təşəbbüsü ilə kansler Olaf Şoltsla telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsi aparılıb.

Putin xatırladıb ki, hazırkı böhran NATO-nun uzun illər apardığı təcavüzkar siyasətinin birbaşa nəticəsidir.

Rusiya prezidenti qeyd edib ki, Rusiya tərəfi heç vaxt Kiyev rejimi tərəfindən kəsilən danışıqların bərpasından imtina etməyib və açıqdır. Qeyd edilib ki, Ukrayna ilə bağlı mümkün razılaşmalar yeni ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır.

Putin Almaniya hakimiyyətinin qeyri-dost kursu nəticəsində Rusiya ilə Almaniya arasında bütün sahələrdə münasibətlərin görünməmiş degradasiyaya uğradığını diqqətə çatdırıb.

Kremlin məlumatına görə, Putin və Şolts telefon danışığından sonra müavinlərinin əlaqə saxlaması barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin