“Avroviziya 2021” mahnı müsabiqəsində Aərbaycan 21-cı sırada Samirə Əfəndi “Mata Hari” mahnısı ilə çıxış edib. Bu dəfəki yarışmamızı uğurlu saymaq olmaz.
Bizim.Media xəbər verir ki, 26 ölkə arasında 21-cı sırada çıxış edən təmsilçimiz səsvermələrin nəticəsinə görə, 20-ci olub.
MÖVZU İLƏ BAĞLI:
"Avroviziya 2021"də ŞOK HADİSƏ - İtaliya qalib oldu, Böyük Britaniya 0 bal topladı - VİDEO
Azərbaycana ən yüksək bal Rusiyanın münsiflərindən gəlib. Şimal qonşumuz bizi 8 balla qiymətləndirib.
Daha sonra Ukrayna 3, İsrail 2, Gürcüstan 5, İsveçrə 2, Niderland 2, İrlandiya 2, Moldova 6, Albaniya 2 xal verib.
Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal da əlavə toplayıb.
Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Bu da bu yarışmalarda ən aşağı göztəricimizdir.
Bizim.Media