Ermənistanın “sərhəddə insident” simulyasiyaları - KİMƏ VƏ NƏYƏ HESABLANIB?

Hazırda oxunan: Ermənistanın “sərhəddə insident” simulyasiyaları - KİMƏ VƏ NƏYƏ HESABLANIB?

22068

Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ətrafında yaranan səs-küy bitmək bilmir. Sovet dövründəki sərhədlərin bərpasını istəyən Azərbaycana, rəsmi İrəvan hər cür yola əl ataraq mane olmağa çalışır. 

Ermənistanın attığı addımlar iki auditoriyaya - beynəlxalq arenaya və daxilə hesablanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərdən müharibə MESAJI - “Daha ağır zərbə alacaqlar” 


Beynəlxalq arenada hay-küy salaraq sərhəd problemini öz  xeyrinə həll etməyə çalışan Ermənistan bunun üçün hər yola əl atır. Azərbaycan hərbiçilərinin erməni əsgərlərini döyüb xəstəxanalıq etməsindən tutmuş, guya sərhədçilərimizin irəliləməsinin yerli əhalinin təhlükəsizliyinə təhdid yaratmasına və buna görə kəndlərdəki qadınların, uşaqların “təhlükəsiz” ərazilərə göndərilməsinə qədər. Məqsəd isə bəllidir: razılaşmanın şərtlərindən boyun qaçırmaq. 

Verdiyi sözləri tutmamaq üçün Rusiya “kozr”ını itrmiş Ermənistan, digər tribunalara oynamaqla, münaqişə bölgəsinə Qərbdən olan aktorları cəlb etməyə çalışır. Əsas canfəşanlıq göstərən Fransa və dünyanın harasında olur olsun, “hər problemi həll etməyi” özünə məqsəd qoymuş ABŞ Paşinyanın əsas ümid işıqlarıdır.

Məqsədinə nail olmaq üçün Nikol sərhəddə elə bir situasiya yaratmağa cəhd göstərir ki, razılaşmanı Azərbaycan tərəfi pozmuş olsun. Bunun üçün sərhədçilərimizi provokasiyaya cəlb edib, bizi ilk atəşi açmağa məcbur etməyə çalışırlar.

Beynəlxalq arenadakı addımların hədəfi isə, delimitasiya və demarkasiya prosesinin dondurulması ya da heç olmasa Azərbaycana bütün torpaqlara nəzarət imkanının verilməməsidir.

Beynəlxalq arenada ermənilərin nə etməyə çalışdığı az-çox bilinsə də, daxilə hesablanmış addımlar daha incə düşünülüb. 

İlk baxışdan son 9 ayda baş vermiş proseslərin Paşinyanın nüfuzuna ciddi zərbə vurduğu mənzərəsi nəzərə çarpsa da, əslində Nikola sərf edən məqamlar heç də az deyil. Xüsusilə də, sərhəd problemi Paşinyan üçün göydəndüşmə oldu.

Ermənistan iqtidarı sərhəd problemini daha da dramatikləşdirərək, xalq arasında qorxu yaymaq niyyətindədir. Hədəf isə xalqın diqqətini seçkilərdən yayındırmaqdır. Çünki müxalifət liderləri az qala bütün çıxışlarında məsələni qabardaraq Paşinyanı sərt tənqid edirlər. Bu isə, Paşinyanın nüzufuzunu günbəgün daha da azaldaraq seçkilərdəki məğlubiyyəti ilə nəticələnə bilər. 

Kreslosunu itirməmək üçün Paşinyan hay-küy salmaqla diqqətləri öz üzərinə çəkməyə və “əlindən gələni edən lider” obrazı yaratmağa məcburdur. Bunun üçün isə Nikolun əlində sərhəd problemindən başqa heç bir “tema” qalmayıb. 
 

Həmçinin Ermənistan hakimiyyəti  “ərazi bütövlüyünü” qoruduğunu xalqa nümayiş etdirmək üçün köhnə üsullarından olan “feyk” xəbərlər  yaymağı da yaddan çıxarmayıb. Bunun üçün xüsusi olaraq hazırlanmış dilimizdə bir kəlimənin belə işlənmədiyi  videoda guya erməni əsgərlərinin hərbiçilərimizi qovduqları görüntülər əks olunub. 


Lakin bu tamaşa həqiqəti əks etdirə bilməz. Çünki Azərbaycan ordusunun ölkəmizin suveren ərazilərindən çıxarılması, (həm də ermənilər tərəfindən) təbii ki, mümkün deyil.

Ermənilərin bu cür oyunlarla daxili və xarici auditoriyada hansı nəticəni qazanacaqları məlum olmasa da, Azərbaycanın hüquqi sərhədlərini bərpa edəcəyi gün kimi aydındır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin