Bu il əhaliyə 145.8 milyon manat ƏDV məbləği geri qaytarılıb

Hazırda oxunan: Bu il əhaliyə 145.8 milyon manat ƏDV məbləği geri qaytarılıb

220616

2024-cü ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Mənbə qeyd edib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin