Yaponiyalı nazir: “COP29-da ölkələrin yekun razılığa gələcəklərinə inanıram”

Hazırda oxunan: Yaponiyalı nazir: “COP29-da ölkələrin yekun razılığa gələcəklərinə inanıram”

220503

“COP29 iqlim dəyişikliyi ilə mübarizə aparmaq və 1,5 dərəcə hədəfinə çatmaq üçün həqiqətən çox yaxşı bir fürsətdir. Artıq bizim ümumi bir qlobal məqsədimiz var və bu, birgə işləmək üçün əla bir fürsətdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri COP29-da iştirak edən Yaponiyanın qlobal ətraf mühit məsələləri üzrə nazir müavini Yutaka Matsuzava jurnalistlərə açıqlamasında bildirib.

Nazir Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirdiyini qeyd edib:
 

“Azərbaycan hökumətinin təşkilatçılığına hörmətlə yanaşıram”.


Matsuzava COP29-un sonunda ölkələrin yekun razılığa gələcəyini gözlədiyini və buna inandığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin