Prezidentdən Fransaya SƏRT TƏNQİD: “Makron rejimi çox sayda vətəndaşı qətlə yetirdi” - VİDEO

Hazırda oxunan: Prezidentdən Fransaya SƏRT TƏNQİD: “Makron rejimi çox sayda vətəndaşı qətlə yetirdi” - VİDEO

220477

Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları - red.) yenə də yaşanır.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı söyləyib.

Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır:
 

“Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub”.


Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin