Məşhur tennisçi yekun turniri tərk edə bilər

Hazırda oxunan: Məşhur tennisçi yekun turniri tərk edə bilər

220410

İlin yekun turnirində yarışan Karlos Alkaras özünü pis hiss etdiyindən məşqi yarımçıq tərk edib. 

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis kortda cəmi bir neçə dəqiqə keçirə bilib.

Alkarasın baş məşqçisi Xuan Karlos Ferrero tennisçinin nəfəs almaqda çətinlik çəkdiyini bildirib. İspaniya mətbuatı Karlosun artıq 4 gündür antbiotiklərdən istifadə etdiyini yazıb.

Qeyd edək ki, turnirin ilk matçında Kasper Ruuda 0:2 hesabı ilə uduzan Alkaras sabah Andrey Rublyovla qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin