Erməni alimdən TƏKLİF – “Sərhədləri Cümhuriyyət dövrünə uyğun müəyyən edək”

Hazırda oxunan: Erməni alimdən TƏKLİF – “Sərhədləri Cümhuriyyət dövrünə uyğun müəyyən edək”

22027

Ermənistanlı alim, Elmi Təqiqat İnstitutunun direktoru Avetik Arutunyan sərhədlərin dəqiqləşdirilməsinin Azərbaycan SSRİ-nin deyil, AXC-nın sənədləri əsasında aparılmasını təklif edib. O, “Hayastani Anrapetutyun” qəzetinə müsahibəsində bunu bildirib.

Bizim.Media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “facebook” səhifəsində erməni alimin təklifinin əslində Azərbaycanın xeyrinə olduğunu bildirib:

“Avetik Arutunyan güya, bizim əlehimizə təbliğat aparır, amma Azərbaycanın Cümhuriyyət dönəmindəki rəsmi ərazisi 113900 km2 olub, onun tərkibində Zəngəzur mahalı olub, Qərb sərhəddi Göyçə gölünün tam ortasından keçib. Əgər Ermənistan Azərbaycan SSRİ-nin sərhədlərini tanımırsa, ADR-in sərhədləri üzərindən danışıqlara başlaya bilərik”.

İqtisadçı bildirir ki, bu cür tezislərin ortaya çıxması Ermənistanda ciddi, dərin emosional və intellektual böhranın olduğunu ortaya qoyur.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin