Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər maliyyə öhdəliklərini təqdim edəcək - Taleh Kazımov

Hazırda oxunan: Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər maliyyə öhdəliklərini təqdim edəcək - Taleh Kazımov

220260

Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdükləri maliyyə öhdəliklərini təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru ilə birlikdə 3 tədbir keçirəcək və bankların Azərbaycanda "Yaşıl" transformasiyanı maliyyələşdirmək üçün üzərinə götürdükləri maliyyə öhdəlikləri səsləndiriləcək.

İnanıram ki, bu, əhəmiyyətli bir hadisə olacaq, çünki bank sektoru 2030-cu ilə qədər yerinə yetirməyə hazır olduğu xüsusi maliyyə öhdəliklərini elan edəcək", - o deyib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin