Azərbaycan Həftəsonu Məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirildi

Hazırda oxunan: Azərbaycan Həftəsonu Məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirildi

220209

Bu gün Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu Məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir həmçinin Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə baş tutub.
 

Tədbirin başlanğıcında məktəbin rəhbəri Sənəm Əliyeva şagirdlər Yeganə Nəbiyevanın şagirdlərlə birlikdə hazırladığı bədii hissə təqdim olunub. Daha sonra müəllim, şagird və valideynlər birlikdə Zəfər gününə həsr olunmuş videoçarxlar izləyib.


Bu kimi tədbirlər Vətəndən uzaqda doğulub böyüyən azərbaycanlı uşaqların tarixi vətənə, dilinə və mədəniyyətinə olan bağlılığı dəstəkləyir.

Azərbaycan Həftəsonu Məktəbi Estoniya Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir və Tallinn Universitetinin binasında fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin