Kürdəmirdə məişət tullantılarına görə bəzi şəxslər CƏZALANDIRILDI - FOTO

Hazırda oxunan: Kürdəmirdə məişət tullantılarına görə bəzi şəxslər CƏZALANDIRILDI - FOTO

219950

Kürdəmirdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın Aran bürosuna verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı bir neçə küçədə məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib. Sanitar qayda pozuntusuna yol verən şəxslər barəsində tədbir görülüb.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin