Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? – Deputatdan AÇIQLAMA

219841

Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov  “Azərbaycan Müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya kapitalı ilə bağlı TƏKLİF – Pensiyaçılar pulunu varislərinə ÖTÜRƏ BİLƏCƏK?


Xatırladaq ki, müəyyən güzəştləri əhatə edən belə kartlar tələbələr üçün də hazırlanıb, hətta artıq Bakı Dövlət Universitetində təqdim edilib.

Hələki güzəştli kartların tətbiqini təhsil sahəsində görürük.

Bəs başqa kimlərə bu kartlardan verilə bilər?

Bizim.Media məsələylə bağlı danışan millət vəkili Vüqar Bayramov belə kartların pensiyaçılara verilməsini təklif edir:

“Ümumiyyətlə, xüsusilə nəqliyyatda güzəştli kartların tətbiqini təklif edirik. İnkişaf etmiş ölkələrdə belə kartlardan istifadə olunur. O ölkələrin praktikasına baxsaq, güzəştli kartlardan tələbələr, təhsil işçiləri o cümlədən pensiyaçılar istifadə edirlər.

Çünki pensiyaçılar üçün güzəştli kartlar çox önəmlidir, onların sosial təminatının qorunması baxımından vacibdir. Bu kartlar nəqliyyatda güzəştli qiymətlərlə səfər etmək imkanı verir, hətta bəzi ölkələrdə pensiyaçıların nəqliyyat xərclərini dövlət qarşılayır”.

Deputat vurğulayıb ki, sosial qayğıya ehtiyacı olan vətəndaşlara belə kartların verilməsi məqsədəuyğundur. Çünki bu onların sosial təminatının daha da güclənməsinə gətirib çıxara bilər.

“Təklifimiz odur ki, bizdə də oxşar olaraq pensiyaçılara, tələbələrə və bir sıra digər həssas qruplara xüsusilə nəqliyyatda güzəştli kartlardan verilsin”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin