COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq – RƏSMİ

Hazırda oxunan: COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq – RƏSMİ

219796

"Yaşıl Zona" öz fəaliyyətinə noyabrın 11-də başlayacaq və ictimaiyyətə açıq olacaq. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova bildirib. 

Onun sözlərinə görə, "Yaşıl Zona"nın ümumi ərazisi 37 min 500 kvadratmetrdir:

"Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər olacaq". 

Sektor müdiri bildirib ki, ərazidə dörd ədəd konfrans otağı var:

"Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada 18 ədəd ikitərəfli görüşlər üçün otaqlar, üç min nəfərlik yemək zonası və “Ekstrem Hənqaut” ərazisi olacaq. Bu Zonada həm QHT, həm xarici, həm yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlıqla bağlı mövzulara aid olacaq”. 

L.Mahmudova vurğulayıb ki, artıq “İticket” platformasından "Yaşıl Zona"ya daxil olmaq üçün pulsuz biletlərin verilməsinə başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin