Avtomobillərin ilini yeni göstərmək üçün detallarının dəyişdirilməsi qanunidir? - VİDEO

Hazırda oxunan: Avtomobillərin ilini yeni göstərmək üçün detallarının dəyişdirilməsi qanunidir? - VİDEO

219735

Avtomobilin ön və arxa buferləri dəyişdirilir, faraları yeni modellə əvəzlənir. Bəzi sürücülər avtomobilin ilini yeni göstərmək üçün onun detallarını dəyişdirirlər. İşin sonunda isə avtomobil yeni modeldən seçilmir...

Bizim.Media xəbər verir ki, avtomobil ustası Elməddin İlyasov deyir ki, son zamanlar belə dəyişiklik üçün müraciət edənlərin sayı artıb. Köhnə avtomobili yeni kimi göstərmək isətəyənlər heç də az deyil.
 

Bir çox sürücünü düşündürən isə bu prosesin hüquqi tərəfidir. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, təhlükəsizlik baxımından avtomobil və sürücü üçün çətinlik yaratamırsa, heç bir problem olmur.


Ekspert onu da vurğulayır ki, quraşdırılan detalın rəngi avtomobilin rəngindən fərqli olarsa, bu zaman yenidən sənədləşdirməyə ehtiyac olur. Eyni model və eyni markanın detallarının dəyişdirilməsi isə konstrukisya dəyişikliyi sayılmır.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin