"Bunlar üçün günləri sayıram" - Elnur

Hazırda oxunan: "Bunlar üçün günləri sayıram" - Elnur

219422

Müğənni Elnur Məmmədov ən böyük arzusundan danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bu diləyinin valideynləri ilə bağlı olduğunu bildirib:

"Hazırda ən böyük arzum odur ki, Allah valideynlərimi başımdan əskik etməsin. Allah bizi əzizlərimizlə sınamasın. Onsuz da gəlimli-gedimli dünyadır. Hamımız gəlmişik getmək üçün. Həmişə deyirəm ki, Allahım, möhlət ver, ən azından doyunca görək".

Elnur hazırda övladlarının gələcəyi üçün günləri saydığını bildirib:
 

"O qədər olub ki, günləri saymışam. İndi də günləri sayıram ki, övladlarımın bağçaya, məktəbə, ali məktəbə getməsini görüm. Və ən əsas əməli saleh olmasını görüm. Bunun üçün də mücadilə edirəm".


Qeyd edək ki, Elnurun iki oğlu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin