"Yamala göstərəcəyəm ki, mən ondan yaxşıyam" - Maksimoviç

Hazırda oxunan: "Yamala göstərəcəyəm ki, mən ondan yaxşıyam" - Maksimoviç

219415

"Srvena Zvezda"nın (Serbiya) futbolçusu Andriya Maksimoviç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Barselona" ilə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

Bizim.Media xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi rəqibin futbolçusu Lamin Yamal haqda danışıb:

"Lamin möhtəşəm oyunçudur. Sabah meydana çıxıb ona göstərəcəyəm ki, mən ondan yaxşıyam. Oyundan sonra formalarımızı dəyişdirməyi də planlaşdırıram".

Qeyd edək ki, sözügedən oyun sabah Bakı vaxtı ilə 00:00-da Serbiya klubunun meydanında keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin