Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Vergi və gömrükdə güzəştlə bağlı “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradıldı
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bizim.Media