Tərtərdən Ağdərəyə avtomobil yolunun inşasına başlandı - FOTO/VİDEO

Hazırda oxunan: Tərtərdən Ağdərəyə avtomobil yolunun inşasına başlandı - FOTO/VİDEO

219269

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.

Bizim.Media bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, layihə üzrə yolun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Yol II texniki dərəcəyə uyğun iki hərəkət zolaqlı inşa edilir. Hazırda yol boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.

Bundan başqa, suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.

Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin