ABŞ-da seçki məntəqələrinin əməkdaşlarını təhdid edirlər?

Hazırda oxunan: ABŞ-da seçki məntəqələrinin əməkdaşlarını təhdid edirlər?

219255

ABŞ-da seçki məntəqələrinin əməkdaşlarının üzləşdiyi çoxsaylı təhdidlər fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “ABC News” Nyu-York polisinin daxili sənədinə istinadla bildirib.

Qeyd edilib ki, təhdidlər tək əməkdaşlara deyil, məmurlara, seçki qərargahlarına və obyektlərinə də ünvanlanıb. Mümkün təhdid kimi fiziki zorakılıq, yandırma, kiberhücum, xarici ölkələrin fəaliyyətləri də daxil olmaqla dezinformasiya kampaniyaları sadalanıb. Bildirilir ki, bu ilin avqustundan bu yana Federal Təhqiqatlar Bürosuna seçki mənətəqləri işçilərinə qarşı təhdidlə bağlı 2000-dən çox müraciət daxil olub, 100-dən çox araşdırma başladılıb və 20-dən çox insan qanun pozuntusuna görə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin